Səməd Səmədovun ansamblından qarmon oğurlayan şəxsə BƏRAƏT verilib

Səməd Səmədovun ansamblından qarmon oğurlayan şəxsə BƏRAƏT verilib
17:54 30 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Xalq artisti Səməd Səmədovun ansanbılının üzvü, qarmon ifaçısı Elnur Bəkirovun 5 min manatlıq qarmonunu oğurlamaqda təqsirləndirilən Səbuhi Quliyevin cinayət işinə xitam verilib.

 

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Adəm Məmmədov özünün facebook səhifəsində məlumat verib.

 

Vəkil bildirib ki, 2014-cü ilin sentyabrın 26-da Bəkirov Elnur Rasim oğlu ərizə ilə Binəqədi Rayon Polis İdarəsi (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edib. O, müraciətində bildirib ki, naməlum avtomobildə 5 min manat dəyərində olan qarmaonu və 150 manatlıq ekvolayzer cihazı oğurlanıb. Həmin fakta görə 2014-cü ilin oktyabrın 9-da Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb: "Hüquqlarını müdafiə etdiyim Quliyev Səbuhi Əlfəs oğlu cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulub və həmin maddə ilə ona ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunub. Amma onun Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham edilməsinə kifayət qədər sübutlar olmadığından ona ittiham elan etmək mümkün olmayıb. Kifayət qədər sübut olmadığından və şühbə kifayət qədər əsaslı olmadığından Quliyev Səbuhi Əlfəs oğlu Binəqədi RPİ-nin Müvəqqəti Saxlama Yerindən azad edilməklə və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2015-ci il fevralın 12-də onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və şübhəli şəxs statusunun üzrəindən götrülməsi barədə qərar qəbul edilib. Həmçinin müstəntiq Elşən Qarayev tərəfindən cinayət işi üzrə icraat Cinayət Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılıb.

Eyni zamanda, cinayət iş üzrə Səbuhi Quliyevin təqsirləndirilən, Elnur Bəkirovun isə zərərçəkmiş şəxs qismində statusları ləğv edilib".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR