Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki

Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki
18:03 30 Dekabr 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

TREND İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2016-cı il münasibətilə Sizi təbrik edir!

Bütün qəlbimizlə Sizə əla əhvali-ruhiyyə, xoş xəbərlər və düzgün qərarlar arzulayırıq! Qoy, qarşıdan gələn il Sizə uğur bəxş etsin, evinizə sevinc və xoşbəxtlik gətirsin! Ən əsası, həyatda nikbinlik və yaxşı əhval-ruhiyyə Sizi tərk etməsin! Sizə, Sizin doğmalarınıza və yaxınlarınıza sağlamlıq və əmin-amanlıq arzulayırıq!

Uzun illər ərzində Azərbaycan jurnalistikasının səviyyəsi, peşəkarlığı və perspektivi, beynəlxalq informasiya aləminə təsiri əhəmiyyətli dərəcədə artıb. Bu, KİV-in yaradıcı fəaliyyəti üçün lazımi şərait yaradan Azərbaycanın dinamik inkişafı sayəsində mümkün olub.

TREND İnformasiya Agentliyi tərəfdaşlarına, abunəçilərinə, reklam verənlərə, saytımıza mütəmadi daxil olanlara dərin təşəkkürünü bildirir!

Biz Sizə 2016-cı ildə xeyli sayda xoş xəbərləri ilk olaraq çatdırmağa şad olacağıq!

Sizə, doğmalarınıza və yaxınlarınıza cansağlığı və firavanlıq arzulayırıq. Bizimlə olun və uğur mütləq Sizinlə olacaq!

YENİ İLİNİZ MÜBARƏK!

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR