GQ jurnalı ilin ən zövqlü kişisini seçib. Kanye Vest artıq ikinci dəfə ilin ən zövqlü kişisi adına layiq görülüb.

ANS PRESS-in məlumatına görə, onun rəqibləri populyarlığı günü-gündən artan 17 yaşlı model Laki Blu Smit olub.

Qeyd olunur ki, Kanye Uest erməni əsilli pornoulduz Kim Kardaşyanın həyat yoldaşıdır. Onların iki övladı var.
Uestin qalib gəlməsinə pornoulduz həyat yoldaşı Kim Kardaşyanın əli olub. Belə ki, Kim böyük dəstək qrupu yadaraq ərinə reklam aksiyası keçirib. Kanye qalib gəldikdən sonra Kardaşyan bütün fanatlarını səs verdikləri üçün təşəkkür edib.

Birinci və ikinci yer arasındakı fərq cəmi 8 faiz olub. Belə ki, Uest 53.89%, Laki isə 46.11% səs yığıb.

Gənc Laki Blu dünyanın ən istedadlı modellərindən biri hesab olunur. Onun "İnstaqram" səhifəsində 2 milyona yaxın izləyicisi var.

Erməni pornoulduz ərini ilin ən zövqlü kişisi seçdirdi (FOTO)
Laki Blu Smitin "İnstaqram" səhifəsi

Erməni pornoulduz ərini ilin ən zövqlü kişisi seçdirdi (FOTO)
Laki Blu Smit


Amerikalı reper, prodüser və dizayner Kanye Uest Eminem, Cey Zİ kimi dünyaca məşhur ulduzlarla əməkdaşlıq edir.

Erməni pornoulduz ərini ilin ən zövqlü kişisi seçdirdi (FOTO)
Kim Kardaşyan və Kanye Uest

Qazaxstanın prezidenti Nursultan Nazarbayev 2013-cü ildə nəvəsinin toyuna repçini dəvət edib. Ona bunun qarşılığında 3 milyon dollar verilib.