Müğənni Dilarə açılışa qatıldı - FOTO

Müğənni Dilarə açılışa qatıldı - FOTO
12:57 31 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Kiyevdə "İstok" adlı studiyanın açılış mərasimi baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tanınmış ukraynalı müğənnilərin, aktyorların, rejissorların və dizaynerlərin qatıldığı gecədə həmyerlimiz Dilarə Kazımova da iştirak edib.

Sözügedən studiyada ilk sinqlı olan "Running"i yazdıran D.Kazımova təəssüratlarını bölüşüb:

"Bu səfər mənim üçün çox önəmli idi. Belə ki, ilk dəfə yeni mahnımı insanlar arasında ifa etdim. Dinləyicilərin təəssüratlarını bilmək mənim üçün çox önəmli idi. Münasibət möhtəşəm idi. Çoxlu təriflər eşitdim və özümü çox xoşbəxt hiss etdim".
Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR