Tahir Rzayev: 2015-ci il Azərbaycan xalqı üçün əlamətdar olub

Tahir Rzayev: 2015-ci il Azərbaycan xalqı üçün əlamətdar olub
15:18 1 Yanvar 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

2015-ci il Azərbaycan xalqının həyatı üçün bir çox hadisələrlə əlamətdar olub. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli artıb: "Azərbaycanda I Avropa Oyunları daxil olmaqla, bir çox beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib".

"2015-ci ili Azərbaycan üçün uğurlu il olub. Azərbaycana qarşı təzyiqlər, Azərbaycanı öz təsiri altına salmaq istəyən qüvvələrin cəhdləri ölkəmizin daha sürətlə inkişafına müəyyən maneələr törətdi. Amma bunlar heç də o inkişafın qarşısını ala bilmədi".

T.Rzayev 2016-cı ildə də Azərbaycan xalqını xoşbəxt, eləcə də Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini görmək istədiyini deyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2475904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR