"Barselona"nın hücumçusu Neymar ardıcıl 2-ci dəfə "Samba Gold" mükafatına sahib çıxıb. Bu mükafat 2008-ci ildən Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya təqdim olunur.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 100 mindən çox internet istifadəçisinin qatıldığı səsvermə nəticəsində Neymar təxminən 38% səs toplayaraq "Bavariya"nın yarımmüdafiəçisi Duqlas Koştanı və "İnter"in üzvü Felipe Melonu geridə qoyub. İlk onluqda Felipe Koutinyo (Liverpul), Vilyan (Çelsi), Qabriel Paulista (Arsenal), Miranda (İnter), Halk (Zenit), Tiyaqo Silva (PSG) və Aleks Teyşeyranın (Şaxtyor) adı var.
Milli.Az