Qvardiolanın istədiyi futbolçular

Qvardiolanın istədiyi futbolçular
04:16 2 Yanvar 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Bu mövsüm başa çatandan sonra "Bavariya"dan ayrılaraq "Mançester Siti"nin başına keçməsi gözlənilən Xosep Qvardiolanın transfer siyahısı üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, ispan mütəxəssisin transfer etmək istədiyi iki oyunçunun adı açıqlanıb.

İddiaya görə, Qvardiolanın istədiyi ilk futbolçu "Borussiya"dan (Dortmund) İlkay Gündoğandı. İspan məşqçinin siyahısındakı ikinci futbolçunun isə "Atletik"dən Aymerik Laporte olduğu bildirilir.


İlkay Gündoğan

Qvardiolanın "Mançester Siti" klubu ilə anlaşacağı barədə Almaniya mətbuatı məlumat yayıb. Mənbədə tərəflərin bütün məsələlərdə razılığa gəldiyi və yeni mövsümdən etibarən ispaniyalının şəhər təmsilçisini çalışdıracağı qeyd olunur. 2013-cü ildən Münxen klubunu çalışdıran X. Qvardiola "Bavariya"ya ilə iki dəfə Almaniya çempionluğunu qazanıb.


Manuel Pelleqrini

Qeyd edək ki, ingilislərin hazırkı məşqçisi Manuel Pelleqrinin mövsüm sonunda müqaviləsi başa çatır və klub rəsmiləri bu müqaviləni yeniləmək fikrində deyil.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR