Ağcabədi, 2 yanvar, AZƏRTAC
Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əsgər və zabitlərlə görüşərək, bayram münasibətilə onları təbrik edib, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıblar.
Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bayramı onlarla bir yerdə keçirdiklərinə görə Ağcabədi ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Heydər Əliyev Mərkəzinin hərbiçilər arasında keçirdiyi “Ulu sərkərdə, Ulu Öndər” adlı məqalə müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə təltif olunub. Qarabağ Muğam Mərkəzinin kollektivinin ifasında təqdim olunuan rəngarəng konsert proqramı əsgər və zabitlərdə xoş əhval ruhiyyə yaradıb.