Quba şəhəri ilə dağlıq kəndlərinin əlaqəsi kəsilib

Quba şəhəri ilə dağlıq kəndlərinin əlaqəsi kəsilib
22:07 2 Yanvar 2016
55 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Axşam saatlarında yağan güclü qar Qubanın dağlıq kəndləri ilə rayon merkezinin əlaqəsini kəsilib.
Quba-Qonaqkənd, Quba-Tüləkəran-Buduq-Zeyid, Quba-Susay istiqaməti və Quba-İspik-Xınalıq istiqamətindəki yollar tam baqlanıb. Ümumilikdə 30-dan çox dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. Bəzi dağ kəndlərində elektrik enerjinin verilişində problemlər yaranıb.
Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov "Report"-a bildirib ki, adları çəkilən kəndlərə yol təmizləyən texnika göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometrologiya müəssəsindən "Report"-a bildirilib ki, ən çox qar Xaltan kəndinə yağıb (70 sm). 









Xəbərin orijinal ünvanı: http://report.az/hadise/quba-seheri-ile-dagliq-kendlerinin-elaqesi-kesilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR