Azərbaycanlı pianoçunun şərəfinə növbəti müsabiqə təşkil olunacaq

08:13 3 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
2016-cı ilin may-iyun aylarında həmyerlimiz Əməkdar Artist Adilə Əliyevaya həsr olunmuş pianoçuların 9-cu Beynəlxalq müsabiqəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək müsabiqə Fransanın Annemas və İsveçrənin Cenevrə şəhərlərində baş tutacaq. Müsabiqə çərçivəsində, həmçinin Azərbaycanın zəngin tarixi-mədəni irsindən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edən sərginin də keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, hər iki ildən bir şərəfinə müsabiqə təşkil olunan A.Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olub. Sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirib. Sənətkar Fransada yaşadığı 25 ildə 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dək kompakt-disk ərsəyə gətirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR