Dəhşətli yanğında 4 uşaq öldü

Dəhşətli yanğında 4 uşaq öldü
10:11 3 Yanvar 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yaroslavl vilayətində ölümlə nəticələnən dəhşətli yanğın baş verib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Pesoçnoye qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən yaşayış binalarından birində güclü yanğın baş verib. Rusiya FHN-in nümayəndəsinin verdiyi məlumata görə, taxtadan tikilmiş 24 mənzilli ikimərtəbəli binada baş verən yanğın nəticəsində, 5 nəfər həlak olub. Onlardan 4-nün uşaq olduğu bildirilir.

Yanğının söndürülməsinə 11 yanğınsöndürmə briqadası, 35 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.

Hadisə nəticəsində mənzili yanan sakinlər sosial mərkəzə yerləşdirilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.


Hadisə yerində işləyən FHN əməkdaşları


Hadisənin baş verdiyi ərazi

Rusiyada oktyabr ayının 9-da da dəhşətli yanğın hadisəsi qeydə alınıb. Krasnodar vilayətində yerləşən yaşayış evində baş verən hadisə zamanı 7 uşaq həlak olub.

Məlumata görə, yanğın oktyabrın 9-na keçən gecə azyaşlı uşaqların olduğu ailəyə məxsus evdə baş verib. Bir gün öncə onlara tanışları iki uşağla qonaq gəliblər.

İlkin məlumata görə onların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR