"Praqa baharı"ndan Praqa payızına...

"Praqa baharı"ndan Praqa payızına...
22:17 3 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az azadliq.org-a istinadən Sevda İsmayıllının yazısını təqdim edir

Praqalılar iqamətgaha baxmaqla öz prezidentlərinin ölkədə olub-olmadığını bilirlər

İndi səfər təəssüratları yazmaq dəb deyil. Səbəbi aydındır: İnsanlar, ən azı, ötən əsrə nisbətən daha çox səyahət edir, hər şeyi öz gözləriylə görürlər. Bir də ki, gözəlim internet bu işdə hər kəsə yardımçı olur.

Elə mən də Praqaya səfər edəndə, nə isə yazmaq fikrində deyildim. Sadəcə, mənim üçün doğma radionun yerləşdiyi şəhəri görmək, çoxdankı arzum idi. Və birdən belə bir səfərin gerçəkləşə biləcəyi xəbərini aldım.

Praqanın şərqi Avropanın ən gözəl şəhərlərindən olduğunu çox eşitmişdim. Amma düzü, belə təəccüblənəcəyimi ağlıma gətirmirdim...

ÇEXİYA RESPUBLİKASI - "MƏXMƏRİ BOŞANMA"

Ölkə müstəqilliyini bizimlə eyni ildə - 1918-ci ildə əldə edib. II Dünya Müharibəsindən sonra sovetlərin cənginə keçib və "kommunist bloku" dövlətinə çevrilib.1968-ci ildə ölkədə "Praqa Baharı" hərəkatı baş verib. Ancaq "Varşava Müqaviləsi" ölkələrinin buraya qoşun yeritməsi onların "insan üzlü sosializm" yaratmaq arzusunu əngəlləyib. Hərəkat zor hesabına yatırılıb. 1989-cu ilin "məxməri inqilab"ından sonra ölkə SSRİ-nin Avropa əlavəsi olmaqdan qurtulub və dinc yolla iki dövlətə- Çexiya və Slovakiyaya bölünüb. Bu bölünməyə "məxməri boşanma" deyilir. Yəni hər iki ölkənin razılığıyla, savaşsız-filansız. Çexiya NATO-nun və Avropa Birliyinin üzvüdür. Şengen zonasına daxildir. Amma ölkədə avroya tam keçid reallaşmayıb. Alış-veriş, hələ də, çex pulu - kronla aparılır. Kron, uzun illərdir ki, qorxusuz-ürküsüz yaşayır.

QARAQABAQ ÇEXLƏR

Bizi hava limanından qalacağımız yerə gətirən taksi şoferinin timsalında bu qənaətə gəldim. Bütün yolboyu radioda bir əyləncəli tok-şounu dinləyən sürücünün dodağı qaçmadı. Tok-şouda bir aktyor çex dilində aramsız nə isə danışır, ətrafdakıları güldürür, sürücü isə heç nəyi vecinə almadan maşını sürürdü. Axırda dözməyib rusca bu adamın kim olduğunu soruşdum. "Zindulla" dedi (çexlər rusca bir az başa düşürlər-elə ingilis dilini necə bilirlərsə, - o cür). Bu bir şöhrətli aktyorun teatrıymış. "Nədən danışır"-deyə təkrar soruşdum. "Ötənləri xatırlayır"-cavabını aldım. "Bəs siz niyə gülmürsüz" sualımı yüngülcə gülüşlə cavabladı sürücü. Buna da şükür!

ÇEXLƏR XOŞBƏXT GÖRÜNMÜRLƏR...

Kənardan çexlər heç də xoşbəxt görünmürlər. Sifətləri qayğılı və düşüncəlidir. Şəhəri dolaşan turistlərə də etinasızdırlar. Amma təsadüfən şəhərin baş meydanında rastlaşdığımız bir hadisə bunun heç də belə olmadığını göstərdi.

"2015-DƏ VƏZİYYƏT BELƏDİR. 2050-DƏ NECƏ OLACAQ?"

Çexiyanın müstəqillik gününün bayram edildiyi bir zamanda (1989-cu ildə kommunist rejiminə son qoymuş "Məxməri inqilab"ın ildönümündə) şəhərin baş meydanına millətçilər yığışmışdı. "İslama Qarşı Blok" adlanan təşkilatın etiraz mitinqinə toplaşanlar əllərində antiislam plakatlar tutaraq, miqrantların Avropaya axınına etiraz edirdilər. Mitinqə toplaşanların əllərindəki plakatlarda "Biz Praqanın Parisə çevrilməsini istəmirik" şüarı yazılmışdı. Nümayişə prezident Milos Zeman da qoşuldu və qələbəlik daha da artdı. Zeman öz çıxışında İslam fundamentalizmindən doğan təhlükələri pislədi. Axşamüstü meydanın düz yanında yerləşən restoranda şam edərkən, prezident Zemanın sözlərini antiislam çıxış kimi yozan və bunu pisləyən ruslarla türkləri gördük. Onlar nümayişçilərin bəzilərinin əlində silah olduğunu, polis olmasa, vəziyyətin heç də yaxşı nəticələnməyəcəyini söyləyirdilər. Yeri gəlmişkən, BMT insan haqları komissarı Zeyd Raad al-Husseyn Çexiya prezidentini islamofob bəyanatlarına görə tənqid etdi. Günortadan başlayan mitinq, axır ki, qaranlıq düşəndə sona şatdı...

PRAQA METROSU ƏSL DİNCƏLİŞ YERİDİR

Praqa metrosunda çox sakitlikdir. Adamlar həmişə seyrək olur. Oturmağa da mütləq yer tapılır. Əgər olmasa belə, cavanlar yaşlılara yer verirlər. Amma bizdəki kimi gənc kişilərin gənc qızlara yer göstərməsinə rast gəlmədik. Təkcə yaşlılara. Metroda ancaq kitab reklamı, şəhərdə baş tutacaq sərgilər, konsertlər və s. barədə xəbərlər verilir. Metro gedişinə heç bir nəzarət gözə dəymir. Hər şey vicdana buraxılıb. Amma orda daimi yaşayanlar hərdən nəzarətin və yüksək cərimənin tətbiq olunduğunu söyləyirlər.

 "ÇÖRƏK NÖVBƏSİ"


Yox, elə bilməyin ki, Praqada çörək növbəsinə rast gəldim. Bu, ötən əsrin 50-ci illərində, daha doğrusu, 1955-62-ci illərdə Praqanın ən uca yüksəkliyində qoyulan nəhəng bir abidəyə xalqın istehzayla verdiyi addır. Dünyada Stalinin şərəfinə ucaldılan ən böyük abidə (14 min tonluq) Sovet ordusunun Çexoslavakiyanı "azad etməsinin" 10 illiyində qoyulubmuş və "Çexoslavakiya xalqından onu azadlığa çıxarana" adlanırmış. Amma xalqın abidədə adamların ard-arda düzülüşünə (Stalin və fəhlə-kəndlilər) və sosializmin gətirdiyi aclığa verdiyi ad fərqli olub - "Çörək növbəsi"... Abidənin açılışına gələn sovet rəhbəri Nikita Xruşşov heykəltəraşa Lenin ordeni verməyi də unutmayıb. Di gəl, bu abidənin ömrü uzun olmayıb - 1962-ci ildə 3 partlayışla dağıdılıb və yerində "Metronom" ucaldılıb - görk olsun deyə. Çexlər rəhbərə yaltaqlığı, sitayişi, ən ümdəsi, diktaturanı 3 ard-arda partlayışla cəzalandırıblar.

Həm də, metronomla zamanı saxlamağın mümkünsüzlüyünü ifadə edərək...

PRAHA-PRAQA GÖZƏLLƏR- GÖZƏLİDİR

Praqanı gəzməklə doymaq olmur. Sanki bu şəhərə göydən abidələr yağıb. Və bu saraylar, kilsələr, qüllələr, qədim tikililərin qırmızı damları şəhərə sehrli gözəllik verir. Bir də Praqada köhnə şəhər bitmir-tükənmir. Gəzdikcə-gəzirsən, ta ayaqların üzülənəcən... Hər addımda insan əlinin yaratdığı möcüzələrə heyran kəsilirsən, ona təslim olursan...Bax, şəhərin ən böyük özəlliyi, fikrimizcə, budur.
Praqa səni səndən alır və başqa dünyaya götürür. Yer üzündə neçə belə şəhər var, görəsən?..

KARLKÖRPÜSÜ - PRAQANIN BAŞ TACI...

Bu körpü (çexcə "Karlův most", ingiliscə "Charles Bridge") XIV əsrdə salınıb.Vltava çayı ilə Praqanın 5 rayonunubirləşdirir (Qədim şəhəri-Stare mesto, Kiçik şəhəri-Mala Strana, Qradçanı, Yəhudi şəhərini və Yeni şəhəri-Pove Mestonu). Uzunluğu 520 metr, eni 9, 9 metr olan bu möhtəşəm körpünü 16 möhkəm tağ saxlayır. Körpünü bənzərsiz və sehrli edənsə dövrün ən məşhur ustalarının yaratdığı 30 möhtəşəm heykəldir.
Əvvəllər Praqa körpüsü deyə çağrılıb, daha sonra onu tikdirən IV Karlın şərəfinə "Karlův most". Körpünün üstündə niyyət tutmaq üçün yer də var. Deyilənə görə, bu müqəddəs yerdə tutulan niyyətlər mütləq gerçəkləşir. Amma... niyyət maddi olmamalıdır.
Karl Körpüsü turistlərin ən sevimli məkanıdır. Günün ən soyuq zamanında belə körpünün üstündən izdiham əskik olmur. Və bu da təbiidir. Sehrli körpünün üstündə sanki zaman dayanır. Orta əsrlərə düşürsən. Vltava çayına açılan bənzərsiz mənzərə, hər addımbaşı qarşılaşdığın nəhəng heykəllər adamı orta əsrlərə sürükləyir. Ancaq oxuyan musiqiçilər, müxtəlif rəsmlər satan satıcıların səsləri, ara-sıra körpünün soyuq döşəməsinə sığınan donuqsifətli qəribə geyimli, qəribə baxışlı dilənçilərin lal sükutu səni reallığa qaytarır...

"KUKUŞKA" - BANLAYAN XORUZ, GƏZİŞƏN HƏVARİLƏR...

Praqada cəlbedici Karl körpüsündən heç də geri qalmayan məkanlar çoxdur. Onlardan biri- Pražský orloj - Prajskie kurantı - saatlı binadır. Orta əsrlərə məxsus saat Staromeski meydanında yerləşir.
Saat ili, ayı, günü, vaxtı, Günəşin doğuşunu, qürubunu və hətta Zodiak işarələrinin yerini göstərir. Siferblatın düz ortasında Yer ətrafına dönən Günəş əks olunub. Hər saatbaşı zəng çalınanda, orta əsr kukla teatrı ənənələrindən qaynaqlanan minitamaşa göstərilir. İnsan günahlarının və insan həyatının ölüm və ya günahçıxarma kimi dominantlarını təcəssüm etdirən xırda fiqurlar tərpənməyə başlayır: Skelet zəngin ipini dartır və mələk cəza qılıncını qaldırıb-endirir. Saat bacalarından həvarilərin (apostolların) üzü bir-birini əvəzləyir və axırda xoruz banlayır. Ardından saat çalır...

İYNƏ ATSAN, YERƏ DÜŞMƏZ

Saatın ən köhnə hissəsi 1410-cu ilə aiddir. Sonrakı əsrlərdə saatın üzərində bəzi dəyişikliklər olub. Məsələn, hərəkət edən fiqurlar XVII əsrdə artırılıb və s. II Dünya Müharibəsinin toplarısaatı da vurub... 1945-ci ilin mayında almanlar gizli radio verilişləri yayımlayan çexləri atəşə tutublar.

Yanğın çıxıb və saatlı binanın ətrafı, saatın özü, bir də ağacdan düzəldilmiş apostollar - həvarilər ziyan çəkib. 1948-ci ildə ağac ustası Vojtěch Sucharda apostolları bərpa edib və uzun təmirdən sonra saat təzədən işləməyə başlayıb. İndi hər gün bu binanın qabağında iynə atsan, yerə düşməz. Müxtəlif ölkələrdən gəlmiş turistlər hər saatbaşı banlayan xoruzu, gəzişən apostolları görmək üçün bu məkana toplaşıb həsrətlə gözləyirlər. Etiraf edim ki, mən bu sevimli fiqurları düz 3 dəfə seyr etdim:).

"POZOR!"

Çex dili rus dilinə bir qədər bənzəsə də, bütün qohum dillərdə olan gülməli ayrıcalıqlar ondan da yan ötməyib. Məsələn, çexlər "Pozor!" deyirlərsə, bu, ruslardakı "ayıbdır" anlamına gəlməz. Onlar, sadəcə, "Diqqət!" demək istəyirlər. Və yaxud, çexlər stüardessaya - letuçka, "duxi"yə, yəni ətirə "vonyuçka", "xoroşiy"ə ("yaxşı"ya) "ujasna" deyirlər...

PREZİDENT ŞƏHƏRDƏDİR!

Hə, praqalılar öz prezidentlərinin ölkədə olub-olmadığını iqamətgaha baxmaqla bilirlər. Əgər dövlət bayrağı iqamətgahın üstündə dalğalanırsa, demək, prezident ölkədədir. Yox, əgər bayraq salınıbsa, səfərdədir... Biz bayrağın əzəmətlə dalğalandığını gördük. Demək, prezident ölkədədir.

"PRAQA BAHARI"... HƏR YERDƏ DUYULUR

Praqada, az qala, hər yönə səfər zamanı 1969-cu il yanvarın 5-də başlayan "Praqa Baharı"nı xatırladırlar. Şəhərin baş meydanı - Vatslav meydanı bir yana (tələbə Jan Palach 1968-ci il yanvarın 19-da o meydanda özünü yandırıb), elə Karl körpüsünün altından axan Vltava çayını gəmiylə gəzməyə çıxanda belə "Praqa Baharı"nın qəhrəmanı olan o gənci turistlərin yadına salırlar.
Qarşı sahildəki bir tarixi tikilidən söz açırlar və vaxtilə orada Karl Universitetinin yerləşdiyini, sovet qoşunlarının Praqaya girməsinə etiraz olaraq özünü yandıran Jan Palach-ın fəlsəfə fakültəsinin tələbəsi olduğunu vurğulayırlar... Jan Palach-dan sonra daha 26 nəfər bu işğalla barışmayaraq özünü yandırmağa cəhd edib. Onlardan 7-si ölüb. Vatslav meydanında indi qurbanların ikisinin - Jan Palach-ın və Jan Zaits-in xatirəsinə güllərdən toxunmuş abidə var.

Praqalıların turistlərə fəxrlə göstərdiyi bir məkan da var: Kafka muzeyi.
Dediyim kimi, Praqa başdan-ayağa nağıllar şəhəridir. Geniş küçələr, əzəmətli prospektlər Bakı kimi kompakt bir şəhərdən gəlmiş turisti həmən ovsunlayır. Hətta şəhərin döşəndiyi daş da səni heyrətləndirir. Praqada bütün şəhərin küçələri ağ-qara rəngli eyni daşla örtülüb. Qeyri-ixtiyari hər mağazanın, hər idarənin ürəyi istəyən kimi döşədiyi, müxtəlif rənglərə boyadığı allı-güllü Bakını xatırlayırsan... Bir də, ən önəmlisi, Praqada qədim şəhərə-köhnə şəhərə toxunulmayıb. Hələ ötən əsrin 30-cu illərindən uca binaların tikintisi qadağan olunub. Sosializm dövründə ucaldılan "qutu" evlərsə şəhərin tarixi hissəsindən kənarda tikilib. Ümumiyyətlə, bu şəhərdə hündür binalar gözə az dəyir, olanlar da mərkəzdən uzaqdadır.

BAKI. 2016-NIN YANVARI..."PRAQA BAHARI"NDAN PRAQA PAYIZINA...

Əziz oxucu! Lap uşağlığımdan haqqında pıçıltı ilə danışılan "Praqa baharı"ndan Praqa payızına atüstü ekskurs etdik. Kiçik bir yazıda Praqa payızının gözəlliyini, "Praqa Baharı"nın 48 ili aşan tarixinin gizlinlərini, şəhərin adamı sehrləyən möhtəşəm tikililərinin tarixçəsini sizlərə çatdırmaq mümkünsüzdür. Praqadan qayıtdığım ayyarım ərzində, ara-sıra, səfər təəssüratlarını sizlərlə paylaşmaq ağlımdan keçsə də, bunu ancaq 2016-nın ilk günlərində - istirahət vaxtlarında gerçəkləşdirə bildim.
Milli.Az














RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mərdəkan çimərliyi tullantılardan təmizləndi - FOTO

26 Sentyabr 2017 16:48

Aparıcıya əxlaqsız təklif: "Əvvəl yeməyi, sonra səni yemək istəyirəm" - VİDEO

26 Sentyabr 2017 16:48

İşlədiyi şirkətdən oğurluq təşkil edən qadın azadlığa buraxılıb və yenidən həbs edilib

26 Sentyabr 2017 16:42

Aygün Kazımovanın çəkdirdiyi anons oğurlandı

26 Sentyabr 2017 16:39

Feysbuk BAĞLANIR - şok ADDIM

26 Sentyabr 2017 16:38

Sabiq kansler "Rosneft"in sədri təyin edilib

26 Sentyabr 2017 16:37

Totti Azərbaycana gəlməkdən imtina etdi - SƏBƏB

26 Sentyabr 2017 16:37

Azərbaycan beynəlxalq konfransda nələri müzakirə edib?

26 Sentyabr 2017 16:35

“Huawei” və “Intel” şirkətləri “5G” texnologiyaları üzərində səylərini birləşdirir

26 Sentyabr 2017 16:35

“Instagram” şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb

26 Sentyabr 2017 16:35

Tələbələrin qovulması xəbərinə universitetdən REAKSİYA

26 Sentyabr 2017 16:33

London metrosunda partlayış baş verib

26 Sentyabr 2017 16:32

“Qarabağ” - “Roma” matçına onlayn sifariş edənlərdən 52 min nəfəri vaucerlərini biletlərlə dəyişdirib

26 Sentyabr 2017 16:32

ATV-də kimlər qara siyahıya salınıb?

26 Sentyabr 2017 16:28

Azərbaycanda 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq

26 Sentyabr 2017 16:27

"SOCAR Methanol" şirkəti Moskvada beynəlxalq konfransda iştirak edib

26 Sentyabr 2017 16:27

MTRŞ: ATV-dəki rəhbər dəyişikliyi ilə bağlı

26 Sentyabr 2017 16:26

160 il yaşayan xalqın pəhrizi üzə çıxdı

26 Sentyabr 2017 16:23

MTRŞ ATV-nin rəhbərliyinin dəyişdirilməsinə münasibət bildirib

26 Sentyabr 2017 16:22

Çində yük maşını üç mikroavtobusla toqquşdu

26 Sentyabr 2017 16:20

“Qarabağ”dan xəbərsiz MƏŞHURLAR - SORĞU

26 Sentyabr 2017 16:18

Ermənistanda şirkət direktorunun müavini rüşvət verməkdə şübhəli bilinərək tutulub

26 Sentyabr 2017 16:17

“Qarabağ”ın rəqibi futbolçusu ilə yeni müqavilə bağlayır

26 Sentyabr 2017 16:17

Media nümayəndələri və məktəblilər “TurAz Qartalı - 2017”ni izləyiblər

26 Sentyabr 2017 16:14

Kəmaləddin Heydərov Ceyms Appaturayla görüşdü

26 Sentyabr 2017 16:13

Azərbaycan HHQ-nin baş şturmanı: "Artıq NATO taktikasını öyrənmişik"

26 Sentyabr 2017 16:12

İradə Azərbaycana gəlişinin səbəbini açıqladı - FOTO

26 Sentyabr 2017 16:04

ABŞ Cocuq Mərcanlının iqtisadi inkişafı ilə bağlı proqrama başladı

26 Sentyabr 2017 16:03

Bakı-Şamaxı-Yevlax yolu təmir olunur

26 Sentyabr 2017 16:01

"Roma" klubu Bakıya gəldi - FOTOLENT

26 Sentyabr 2017 15:59

255 nəfər zəhərləndi, 3 nəfər öldü - AZƏRBAYCANDA

26 Sentyabr 2017 15:58

Azərbaycanda hakimiyyət nümayəndəsinin tələbinə tabe olmayanlara yeni cəza tətbiq olunacaq

26 Sentyabr 2017 15:57

Qazaxıstan Xəzərdə 50 mlrd. ton karbohidrogen ehtiyatının olduğunu ehtimal edir

26 Sentyabr 2017 15:57

"Azərbaycanla görüşdə hədəfimiz 3 xaldır" - Karel Yarolim

26 Sentyabr 2017 15:57

ATV-nin yeni prezidenti kimdir?

26 Sentyabr 2017 15:55

Kəmaləddin Heydərov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

26 Sentyabr 2017 15:54

Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılmasına münasibət bildirib

26 Sentyabr 2017 15:52

"Qarabağ"ın futbolçusu Norveç yığmasında

26 Sentyabr 2017 15:47

Qaynanasını bıçaqlayan kürəkənə YÜNGÜL CƏZA

26 Sentyabr 2017 15:44

Ailə üzvlərinin hamısını öldürən soydaşlarımız

26 Sentyabr 2017 15:41

ABŞ Cocuq Mərcanlıda proqram həyata keçirir

26 Sentyabr 2017 15:39

Biləcəri sakinlərinin nəzərinə - FOTO

26 Sentyabr 2017 15:38

ABŞ tarixində ilk - bu qadın mümkünsüzü bacardı

26 Sentyabr 2017 15:38

Putin Ərdoğan və Ruhani ilə kürdlərin referendumu müzakirə etdi

26 Sentyabr 2017 15:33

İcraçı direktor: “TAP Balkan və Qərbi Avropada 7 mln. ailəni qazla təchiz edəcək”

26 Sentyabr 2017 15:32

Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı açıqlanıb

26 Sentyabr 2017 15:32

“Qarabağ”ın futbolçusu Norveç yığmasına çağırılıb

26 Sentyabr 2017 15:32

Sabunçuda stadionu hasarlayıb, qapısına qıfıl vurdular

26 Sentyabr 2017 15:27

SORĞU: ''Qarabağ'' - ''Roma'' matçından nə gözləyirsiniz?

26 Sentyabr 2017 15:24

ATV-nin yeni rəhbəri: "Proqramlar nəzərdən keçirilir"

26 Sentyabr 2017 15:19