​Azərbaycanın U-17 yığması beynəlxalq turnirə heç-heçə ilə başlayıb

​Azərbaycanın U-17 yığması beynəlxalq turnirə heç-heçə ilə başlayıb
07:12 5 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.
"Report" AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, U-17 Azərbaycan yığması ilk oyununda Latviyanın U-19 komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Matçdan sonra yığmanın baş məşqçisi Təbriz Həsənov açıqlama verib:
"Birinci oyunlarda hər zaman həyəcan, gərginlik olur. Digər tərəfdən, futbolçularımız ilk dəfədir ki, belə turnirdə iştirak edirlər. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik”.
Xatırladaq ki, yığma növbəti oyununu yanvarın 6-da, Bakı vaxtı ilə saat 17:30-da Bolqarıstanın U-19 komandasına qarşı keçirəcək.




Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycanin-u-17-yigmasi-beynelxalq-turnire-hec-hece-ile-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR