Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
11:09 5 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

"Formula-1" Avropa Qran-Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində Bakının yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

 

Lent.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bununla əlaqədar olaraq, Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində yerləşən işıqfora sarı döyünən işıq əmri tətbiq edilib.

 

Xatırladaq ki, yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR