Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki

16:13 30 Dekabr 2014
89 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

TREND İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni 2014-cü il münasibətilə Sizi təbrik edir!

Bütün qəlbimizlə Sizə əla əhval-ruhiyyə, xoş xəbərlər və düzgün qərarlar arzulayırıq! Qoy, qarşıdan gələn il Sizə uğur bəxş etsin, evinizə sevinc və xoşbəxtlik gətirsin! Ən əsası, həyatda nikbinlik və yaxşı əhval-ruhiyyə Sizi tərk etməsin! Sizə, Sizin doğmalarınıza və yaxınlarınıza sağlamlıq və əmin-amanlıq arzulayırıq!

Uzun illər ərzində Azərbaycan jurnalistikasının səviyyəsi, peşəkarlığı və perspektivi, beynəlxalq informasiya aləminə təsiri əhəmiyyətli dərəcədə artıb. Bu, KİV-in yaradıcı fəaliyyəti üçün lazımi şərait yaradan Azərbaycanın dinamik inkişafı sayəsində mümkün olub.

TREND İnformasiya Agentliyi tərəfdaşlarına, abunəçilərinə, reklam verənlərə, saytımıza mütəmadi daxil olanlara dərin təşəkkürünü bildirir!

Biz Sizə 2015-ci ildə xeyli sayda xoş xəbərləri ilk olaraq çatdırmağa şad olacağıq!

Sizə, doğmalarınıza və yaxınlarınıza cansağlığı və firavanlıq arzulayırıq. Bizimlə olun və uğur mütləq Sizinlə olacaq!

YENİ İLİNİZ MÜBARƏK!

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR