Laymdota Strauyuma: Latviyanın yeni hökuməti yanvarın sonunadək yaradılacaq

Laymdota Strauyuma: Latviyanın yeni hökuməti yanvarın sonunadək yaradılacaq
16:38 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Riqa, 5 yanvar, AZƏRTAC
Latviyanın baş naziri Laymdota Strauyuma bazar ertəsi bildirilib ki, Latviya hökumətin yeni tərkibini yanvarın sonunadək təsdiq edəcək.
O, hakim koalisiya partiyalarının əməkdaşlığına dair şuranın Riqada keçirilmiş iclasından sonra deyib: “Baş nazir vəzifəsinə namizəd artıq gələn həftə irəli sürülə bilər. Bundan sonra hökumətin formalaşması üçün daha 2-3 həftə vaxt lazım gələcək. Mən öz kabinetimin nazirlərini daha bir ay ərzində işə tam hazır vəziyyətdə olmağa çağırmışam”.
Latviya Prezidenti Raymonds Veyonis dekabr ayında bildirib ki, hökumət başçısı vəzifəsinə namizədi o özü irəli sürəcək. R.Veyonis deyib: “Mən siyasi partiyalara imkan verdim ki, onlar öz aralarında razılığa gəlsinlər, sabit və fəaliyyət qabiliyyətli koalisiya modeli tapsınlar. Lakin partiyalar bu imkandan istifadə etmədilər”.
Gözlənildiyinə görə prezident yeni baş nazir vəzifəsinə namizəd barədə partiyalarla məsləhətləşmələrə yanvarın 6-da, məzuniyyətdən qayıdandan sonra başlayacaq.
Xatırladaq ki, Laymdota Strauyumanın başçılıq etdiyi hökumət dekabrın 7-də istefa verib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Laymdota_Strauyuma_Latviyanin_yeni_hokumeti_yanvarin_sonunadek_yaradilacaq-916202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR