Bakıda qadın öz evində diri-diri yandı

Bakıda qadın öz evində diri-diri yandı
08:05 6 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

FHN məlumat yaydı.

Bakıda yanğın hadisəsi baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda 1933-cü il təvəllüdlü Bibixanım Məhəmmədrəhim qızı Rəhimovaya məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 55 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi B.M. Rəhimovanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR