Bakıda ev yandı - 4 nəfər zəhərləndi

Bakıda ev yandı - 4 nəfər zəhərləndi
13:03 6 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Bakıda mənzildə yanğın hadisəsi baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 5-də paytaxtın Nizami rayonunda baş verib.

Rayonun E.Süleymanov küçəsində yaşayan Aidə Məmmədovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Tüstüdən zəhərlənmiş A.Məmmədovaya və qonşuları L.Cabbarlıya, H.Cabbarovaya və N.Səmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2477233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR