Tbilisi, 10 fevral, AzərTAc
Gürcüstan hökuməti bu ölkəyə gəlmək istəyən xarici vətəndaşların viza almalarını asanlaşdırmaq məqsədilə yeni elektron viza sisteminin tətbiqinə başlayıb.
Gürcüstan Xarici İşlər Nazirliyi fevralın 10-da bu sistemin tətbiqinin təqdimatını keçirib. Bu ölkəyə turist, təhsil və ya biznes məqsədilə gəlmək istəyən xarici vətəndaş Gürcüstanın başqa dövlətlərdəki səfirlik və ya konsulluq şöbələrinə getmədən internetlə yeni sistemə daxil olaraq viza ala biləcək. Viza ərizəsini dünyanın bütün nöqtələrindən internetlə əldə etmək və doldurmaq mümkündür.
Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, yeni sistem Azərbaycan, Türkiyə, Ermənistan da daxil olmaqla Avstraliya, Vyetnam, Bəhreyn, Kamboca və digər ölkələrdə də aktiv olacaq.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi