Qızıl alverçisinin qatili olan qızı saxlanıldı

Qızıl alverçisinin qatili olan qızı saxlanıldı
10:28 7 Yanvar 2016
144 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Samir Əli - Trend:

Yanvarın 5-də Bakıda mənzilində xüsusi amansızlıqla qətlə yetirilən qızıl alverçisi Məryam Namətzadənin qatili saxlanılıb.

Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, qatıl polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs M.Namətzadənin qızı Gunel Hüseynovadır.

Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü M.Namətzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.

M.Namətzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR