Yol polisləri də cərimələnəcəklər

Yol polisləri də cərimələnəcəklər
13:52 7 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Avtomobili qanunsuz evakuasiya edənlər 300 manatadək cərimə olunacaqlar.

Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində dayanma və ya durma qaydalarını pozmaqla park edilmiş avtomobillərin evakuasiyası ilə məşğul olan şəxslərin daha intizamlı olmasını təmin etməyə yönələn maraqlı yenilik var.

Milli.Az xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, məlumdur ki, belə avtomobilin sahibi yanında olarsa və ya avtomobil evakuatora yüklənərkən (evakuasiya avtomobili hərəkətə başlayanadək) gəlib çıxarsa, avtomobil evakuasiya edilməməli, sürücüyə yerində cərimə tətbiq edilməklə o, öz avtomobilini qadağan olunmuş yerdən götürməlidir. Amma bəzən sürücü gəlib çıxsa da, onun avtomobilinin evakuatorla aparılmasına da rast gəlinir.

Yeni Məcəllə belə halda, yəni sürücünün gəlib çıxmasına baxmayaraq avtomobil evakuasiya edilərsə, bunu edən şəxsin 200 manatdan 300 manatadək cərimə olunmasını nəzərdə tutur. Bu cərimə evakuasiyanın həmin qaydasını pozan evakuator sürücüsü, onun köməkçisi və ya hətta bu barədə göstəriş verən DYP əməkdaşına tətbiq oluna bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR