3500 sakini olan 101 yaşlı yeraltı şəhər - FOTO

3500 sakini olan 101 yaşlı yeraltı şəhər - FOTO
14:12 7 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyanın quru çöllük ərazisində 101 yaşı olan "Coober Pedy" adlı yeraltı şəhər mövcuddur.

Milli.Az Publika.az xəbər verir ki, bu şəhər Avstraliyanın ilk mədən şəhəri sayılır. Otel, 5 kilsə, restoranlar və kafelərin də fəaliyyət göstərdiyi bu şəhərdə hazırda 3 min 500 nəfər adam yaşayır.
 
Avstraliya çöllərinin ortasında tozlu təpəliklər altında salınan bu şəhər ilk baxışdan insana təpələr altındakı dəliyi xatırladır. Ancaq həmin dəliyə yaxınlaşanda "Coober Pedy" yeraltı şəhərinə qapı açılır. Şəhərə yeraltı tunel vasitəsilə daxil olmaq mümkündür. Bu şəhəri səmadan seçmək mümkün deyil.  
 
Milli.Az













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR