"Beşiktaş" Mübariz Mənsimovdan kömək istədi

"Beşiktaş" Mübariz Mənsimovdan kömək istədi
18:37 7 Yanvar 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Beşiktaş" komandası klubun konqress üzvü olan azərbaycanlı iş adamı, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovdan kömək istəyib. Fanat.az xəbər verir ki, İstanbul klubu Ukraynanın "Dnepr" klubunun iki futbolçusunu - Denis Boyko ilə Duqlası heyətinə qatmaq istəyir.


Bunun üçün Türkiyə nəhəngi 5 milyon avrosundan keçməyə də hazırdı. Amma qarşı tərəf 10 milyon avro istəyir. Türklər Ukrayna tərəfini razı salmaq üçün Mənsimovdan kömək istəyirlər. Mənsimovun bu yolda "Beşiktaş"a nə dərəcədə kömək edəcəyi yaxın günlərdə bəlli olacaq.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR