Azərbaycanda kafedra müdirinin evinə basqın edən dəstə üzvlərinin görüntüləri yayılıb - Fotolar

Azərbaycanda kafedra müdirinin evinə basqın edən dəstə üzvlərinin görüntüləri yayılıb - Fotolar
20:56 8 Yanvar 2016
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Qəmbər Abdullayevin evinə basqın edən dəstə üzvlərinin görüntüləri yayılıb.

Report.az Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan Gəncə şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılovun görüntülərini təqdim edir.

Qeyd edək ki, yanvarın 5-də Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Qəmbər Abdullayevin evinə dörd nəfər maskalı şəxs basqın edib. Ev sahibi və onun oğlu Kənan Abdullayevə küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edən dəstə üzvləri səs-küy yarandığından, istədiklərinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi (GŞBPİ) tərəfindən istintaq aparılır.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR