Ermənistan "Papa"sını gözləyir

Ermənistan "Papa"sını gözləyir
14:06 9 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransisk 2016-cı ilin aprelində Ermənistana səfər edə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə “World Religion News” xəbər yayıb.

Məlumatda bildirilir ki, daha öncə 2016-cı ilin aprelində “erməni soyqırımı”nın 101-ci ildönümündə Roma Papasının Ermənistana səfər edə biləcəyi haqqında məlumat yayılsada amma bu məlumat təsdiqini tapmamışdı.

Sayta məlumat verən mənbə həmçinin Papanın Ermənistana səfər etmək istədiyini bildirib.

Eyni zamanda Papa özü uzaq yerlərə səyahətlər zamanı özünü pis hiss etdiyini bildirir. “Mən yaşlıyam, belə səfərlər mənim üçün çətindir”, - Roma Papası Fransisk əlavə edib.

Roma Papası ermənilər və erməni lobbisinə yaxınlığı ilə seçilir. Papa bir neçə dəfə qondarma erməni soyqırımı ətrafında qalmaqalı çıxışları ilə gündəmə gəlib. Ötən ilin aprel ayında Roma papası Fransisk ermənilərin I dünya müharibəsi zamanı Osmanlı əsgərləri ilə döyüşdə qətlini “soyqırım” adlandırıb. Roma papasının bu fikri qondarma soyqrımın 100 illiyi münasibətilə keçirilən tədbirdə səslənib.

Bundan əlavə Roma papası ötən əsrdə insanlığa qarşı törədilən üç böyük və misilsiz faciələr sırasında "qondarma" soyqırımı da xatırladıb. “XX əsrin ilk soyqırımı hesab olunanlardan birincisi erməni xalqına vurulan zərbədir” - deyə Papa bildirib.

Həmin vaxtlar Papa hətta “erməni soyqrımı” üçün ayində təşkil etmişdi. Tədbirdə Ermənistan prezidenti Serj Sarkisyan , dünya ermənilərinin ruhani lideri və Erməni Apostolik Kilsəsinin Katolikosu II Karekin və Kilikiya Katolikosu I Aram da iştirak edib.



Vatikanda "erməni soyqrımı"nın il dönümündə təşkil edilən ayın


Ermənistan prezidenti Serj Sarkisyan və Roma Papası Fransiskin görüşü


Bu ayin və Papanın “erməni soyqrımı” ifadəsini işlətməsi rəsmi Ankara və Vatikan arasında münasibətlərin gərginliyə səbəb olmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası I Fransiskin qondarma erməni soyqırımı barədə dediklərini cəfəngiyyat adlandırıb.

Ümumilikdə isə Vatikan uzun müddətdir ki, erməni lobbisinin maraqlarını təmin edir. Bu dövlət qondarma erməni soyqırımını rəsmən tanıyıb. Yəqin ki, Roma Papası ilə erməni lobbisi arasında isti münasibətlərinin əsas hədəfi Türkiyədir. Rusiya daxil bəzi Avropa dövlətləri də “erməni soyqırımı”nı tanıyır. Qərb dövlətləri “erməni soyqırımı” vasitəsi ilə Türkiyəyə təzyiq göstərməyə çalışır.

Erməni lobbisinə yaxın bir Papanın Vatikana rəhbərlik etməsi isə onların işini daha da asanlaşdırılıb. Həmçinin Roma Papasının vətəni Argentinada erməni lobbisi çox güclüdür. Çox ehtimal ki, Papanın vətənində böyük nüfuza malik olan erməni lobbisi ilə sıx əlaqələri var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR