Daha bir doğuş faciəsi: ana və övladı öldü

Daha bir doğuş faciəsi: ana və övladı öldü
16:49 9 Yanvar 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda ana və övladı doğuş zamanı ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini 21 yaşlı Lalə Abbasova 3 gün əvvəl doğuş üçün Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Əməliyyat edilən ananın övladı ölü doğulub. Əməliyyatdan 3 gün sonra isə ana dünyasını dəyişib.

 

L. Abbasova sonuncu doğuşa kimi 2 qız övladı dünyaya gətirib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR