Azərbaycan klubu türk məşqçi ilə yollarını ayırdı

Azərbaycan klubu türk məşqçi ilə yollarını ayırdı
18:37 10 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakının qadınlardan ibarət "Azərreyl" voleybol klubu türkiyəli məşqçisi Onat Kurtla yollarını ayırıb.
Goal.az xəbər verir ki, buna baş məşqçi Bülənt Karslıoğlunun qərarı səbəb olub. Belə ki, B.Karslıoğlu həmyerlisi ilə işləməkdə maraqlı olmayıb. Nəticədə Onat Kurt 2011-ci ildən çalışdığı komandadan ayrılmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Onat Kurt Azərbaycanda işini davam etdirəcək. O, qadınlardan ibarət Azərbaycan millisində yenə də statistik məşqçi kimi çalışacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR