Türklərdən Rusiyaya ağır zərbə (VİDEO)

Türklərdən Rusiyaya ağır zərbə (VİDEO)
18:46 10 Yanvar 2016
127 Digər
Ölkə mətbuatı
A- A+

Rusların qorxulu yuxusuna çevrilən “Skorsky” kod adlı xaker yenidən rus saytlarına hücum edib.

ANS PRESS-in məlumatına görə, Rusiya- Tükiyə münasibətlərinin pozulmasından sonra rus xakerlərin türk saytlarına hücum etməsinə “Skorsky” və “Türk Hack Team” kod adlı şəxslər qarşılıq verib.

Rusiyanın Təhlükəsizlik gizli sistemlərinin 2 min 300 saytına hücum edən xakerlər həmin saytları dağıdaraq internet resurslarının girişində prezident Rəcəb Tayyib Ərdoğanın və Fatih Sultan Mehmet xanın fotolarını yerləşdiriblər. Dağıdılan bu saytlarda ard-arda həmin iki foto göründükdən sonra isə məhşur "Mehtər marşı" səslənir.


Mehtər marşı

Dağıdılan saytların çoxu uzun müddət istifadə edilə bilməsə də? sonradan bərpa edilib, bəziləri isə ümumiyyətlə istifadəyə yararsız hala salınıb.

Edilən bu kiber hücumdan sonra rus xakerlər tərəfindən türk internet saytlarının dağıdılması sona çatıb.

“Skorsky” kod adlı xaker kiber hücumlardan sonra "Biz bu hücumlarda xəstəxanaların, insanlara yardım edilməsi üçün nəzərdə tutulan qurumların internet saytlarını dağıtmadıq", - deyə bildirib.

Rus xakerlər tərəfindən türk saytlarına bir həftədən çoxdur ki, hücumlar edilmir. "Bu hücumların dayanmasının səbəbi qarşı tərəfin bizim xakerlər olduğunu bilməsi ilə əlaqədardır. Bizim onların saytlarını dağıtmaqla ruslara verdiyimiz zərər həddən artıq çoxdur. Ona görə, onlar hələ uzun müddət hücumlardan çəkinəcəklər", - deyə “Skorsky” bildirib.


“Skorsky” kod adlı xaker danışır

Türkiyənin hava sahəsini pozduğu üçün vurulan "Su-24" bombardman təyyarəsindən sonra Rusiya xakerləri də keçən ayın sonunda Türkiyənin bir çox bank saytlarına kiber hücum ediblər. "Qlobal kompüter xakerləri qrupu" Türkiyənin ən əhəmiyyətli bankları başda olmaqla bir çox (com.tr) domeni ilə DNS server sistemlərini dağıdıblar.

Xaker hücümündan sonra girişi məhdudlaşdırılan saytlar sırasında "İş bankası", "Garanti", "Akbank", "Ziraat" və "Yapı Kredi" bankları da yer alıb. İnternet üzərindən bankların saytlarına daxil ola bilməyən istifadəçilər şikayətlərini sosial media ilə bildiriblər.

Rusiyalı xakerləri təkcə dekabr ayı ərzində Türkiyənin minlərlə internet saytına kiber hücum həyata keçiriblər.


Rus xakerlər tərəfindən dağıdılanlan Türkiyə banklarından birinin elektron səhifəsi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR