Çağataya sarılan qızın atası, jurnalisti hədələyən Könül, gəlin Xatun, əsəbi Xoşqədəm - HƏFTƏBECƏR

Çağataya sarılan qızın atası, jurnalisti hədələyən Könül, gəlin Xatun, əsəbi Xoşqədəm - HƏFTƏBECƏR
09:43 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Milli.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (61-ci say) təqdim edir.

Söhbətimizə bir utandırıcı xəbərlə başlamalı olacağıq. Deməli, ötən həftə bizim qızlar, daha doğrusu, bizim deyərkən, Bakıda yaşayan bir qrup xanım paytaxtımıza təşrif buyurmuş türkiyəli aktyor Çağatay Ulusoya hücum ediblər. Ölən, yaralanan olmasa da, əldə etdiyim məlumata görə, Çağatay yanındakılardan soruşub ki, bəyəm bu ölkədə kişi qıtlığıdır ki, qızlar özlərini belə buraxıblar? Ardınca əlavə edib ki, bunlara baxanda rusiyalı və ukraynalı qızlar toya getməlidirlər. O yandan da bizim qaqaşlardan biri baxıb-baxıb, axırda özünü saxlaya bilməyib deyib ki, ala, bunlar lap yanıqdırlar ki... 

Yeri gəlmişkən, Çağatay Ulusoy Bakıya baş rolunu oynadığı "Delibal" filminin qala-gecəsində iştirak etmək üçün gəlmişdi. Deyirəm, Tarkanın, Əmrahın üstünə lüt şığıyan qızların biabırçılığı yenicə yaddan çıxmışdı. Buradan özlərini Çağatay üçün şəhid edən, sarılan qızların atalarını və qardaşlarını salamlayıram.

Əli Mirəliyev yenə də həftəyə damğasını vurmağı bacardı. Daha doğrusu, "damğa"nı Könülə vurdu, "Həftəbecər" də öz payını götürdü. Bu arada xatırladım ki, Könül Kərimova məndən bərk inciyib. O gün zəng vurmuşam ki, bəs deyirlər, öldürülən qızıl alverçisinin müştərilərindən biri də siz olmusunuz. Sözüm yarımçıq qaldı. Sonra aramızda təxminən belə bir dialoq oldu:
- Ayə, tova, heş nə danışan döyüləm. O nədi, gedif yazmısan ki, mən guya Təranə Qumrala nəsə demişəm. Heş utanıf-qızarmırsan sən?
- Könül xanım...
- Mən məhkəməyə-zada da verə bilərəm e. İntəhası dedim, ayıfdı, qoy məhkəməyə verməyim.
- Buyurun, verə bilərsiniz.
Elə bunu demişdim ki, telefonu üzümə qapadı. İndi bilmirəm, verəcək, ya verməyəcək.

Hə, onu deyirdim axı. Əli Mirəliyev də gündəmin boş vaxtında tutub Könülün üzündən, boğazından, yanağından öpüb. Hələ mənə dedi ki, "kraskası" olmasaydı, dodağından da öpərdim.

Müğənni Elariz Məmmədoğlu çox yaxşı bir açıqlama verib. Düzdür, bir az sərt alınsa da, həqiqət payı çoxdur. Sənətçi deyib ki, içki qadına, qıza yaraşmır. Səhv deyir? Əlbəttə, yox. Amma ardını bir az qəliz gətirib. İndi şou-biznesin alkaş qadın sənətçicikləri düşəcəklər Elarizin üstünə ki, yox e, sən "nepravsan". Sitat: 
"Mən övladlarıma qadağa qoymağı sevmirəm. Amma içki, siqaret - belə şeylər bizdən uzaq olub. Ələlxüsus da xanıma nə içki, nə siqaret yaraşar. Nənəm deyirdi ki, içki içən qadın hər yola gedər. Çünki ayılanda deyəcək, bilməmişəm də, sərxoş olmuşam. Mən də o fikirlə razıyam".

Rəhmətliyin nəvəsi, hər yol deyəndə ki, bunların bəziləri ayıq başla da o sən dediyin yola gedirlər.

Bu xəbəri daha diqqətlə oxuyun. Çünki Xoşqədəmi bərk əsəbləşdirmisiz. O da götürüb tənqid eləyənləri tənqid eləyib. Söhbətə bax ha, tənqid edənləri tənqid etmək. Sitatı oxuyaq:
"Mən öz dilimdə, yəni türk dilində danışıram. Şükürlər olsun ki, nə erməni, nə rus, nə də başqa dildə yazıram. Gücünüz çatır, rus, ingilis dilində danışanlara irad tutun. Dilimdən xoşunuz gəlmirsə, yaxşı yol. O yazanlar paxıllardır, sadəcə, bəzən onları yerində oturtmaq lazımdır".

Bu arada oxuculara məsləhət görərdim ki, Xoşqədəm xanım efirdə "Ukrayna", "sonra" və sair sözləri tələffüz edəndə diqqətlə qulaq assınlar. Çünki xanım aparıcı dilimizin qrammatikasına, fonetikasına, canım sizə desin, morfologiyasına xeyli yeniliklər gətirib.

Xanəndə Elnarə Abdullayeva ilə müğənni Xatirə İslamın "qadın müğənniylə evlənmək "padlodur", yoxsa "zapadlodur" söhbəti bitmədi ki, bitmədi. Axırıncı dəfə mən eşidəndə söhbət "zapadlo"da qalmışdı. Yenə nə isə bu haqda danışıblar, dedim ki, biləsiniz. Sitat-zad verib vaxtınızı almaq istəmirəm.

Xatun haqda çoxdandır yazmıram. Deyirəm, birdən xətrinə dəyər, daha mənə ara adamlarından nota göndərməz. Bəs ondan sonra mən başıma haranın pulunu tökərəm? Heç bilirdiniz ki, Xatun gəlin vaxtlarında 30 kilo pomidor bağlayıb? Bəli, məhz gəlin vaxtlarında. Axı indi Xatun kişi olub. Bəs bilmirdiniz? Nə isə, belə bir açıqlama verib. Deyib ki, on barmağımda doqquz mərifət var, barmağımın biri mərifətsiz çıxdı. Zarafat edirəm, deyib ki, on barmağımda on mərifət var. Yaxşı söhbətdir. Adamın mərifəti barmağından başlayır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aygün Kazımovanın konsertindən

23 Sentyabr 2017 09:45

Jurnalist Xədicə İsmayıl ölkədən çıxışına məhdudiyyətin götürülməsi ilə bağlı məhkəməyə müraciət edib

23 Sentyabr 2017 09:42

Atəşkəs 112 dəfə pozuldu

23 Sentyabr 2017 09:39

200 milyon dollarlıq kokain partiyası ələ keçdi

23 Sentyabr 2017 09:38

Ermənilər iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə atəşkəsi 112 dəfə pozub

23 Sentyabr 2017 09:37

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (23.09.2017)

23 Sentyabr 2017 09:37

İlham Mirzəyev görün kiminlə, harada üzə çıxdı...

23 Sentyabr 2017 09:35

"Piyada sərnişin avtobusu tərəfindən vurulmayıb" - BNA

23 Sentyabr 2017 09:34

Azərbaycan Ümumdünya Demokratiya Forumunda təmsil olunacaq

23 Sentyabr 2017 09:28

Sürücünü vəhşicəsinə döyən şəxs tutuldu

23 Sentyabr 2017 09:18

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanının apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

23 Sentyabr 2017 09:17

Ağcabədidə yanğın olub

23 Sentyabr 2017 09:14

Biləsuvarda yol qəzası baş verib, ölən var

23 Sentyabr 2017 09:12

“Fitch” Rusiyanın reytinqi üzrə proqnozunu yaxşılaşdırıb

23 Sentyabr 2017 09:12

Salyanda yol qəzasında ölənlərin sayı 5-ə çatdı

23 Sentyabr 2017 09:09

Humanitar yardım daşıyan helikopter qəzaya uğradı

23 Sentyabr 2017 09:03

Bakıda gənc oğlanı sərnişin avtobusu vurub

23 Sentyabr 2017 09:02

Yalnız rus xalqına məxsus 10 qəribə adət - FOTOLAR

23 Sentyabr 2017 08:33

Balaxanıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyülüb

23 Sentyabr 2017 08:32

Honkonqda ikimərtəbəli avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

23 Sentyabr 2017 08:22

Krasnodarda azərbaycanlı küçənin ortasında can verdi

23 Sentyabr 2017 08:13

Çin oktyabrın 1-dən Şimali Koreyaya neft nəqlini məhdudlaşdıracaq

23 Sentyabr 2017 08:07

Bakıda qardaş bacısını döyərək bıçaqlayıb

23 Sentyabr 2017 08:02

Tütünün zərərlərini yox edən effektiv üsullar

23 Sentyabr 2017 07:53

“Müsəlman qardaşlar”ın sabiq başçısı vəfat etdi

23 Sentyabr 2017 07:24

Seksual tələbat olmayan dünya necə olardı?

23 Sentyabr 2017 07:13

Kolumbiyada 200 milyon dollarlıq kokain partiyası müsadirə olunub

23 Sentyabr 2017 07:02

DİN-ə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 06:54

Donald Tramp: "KXDR lideri ilə işi çoxdan bitirmək lazım idi"

23 Sentyabr 2017 06:52

İran ballistik raket buraxdı

23 Sentyabr 2017 06:38

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

23 Sentyabr 2017 06:27

Məşhur aktyor iki nəfərin ölümündə günahlandırılır

23 Sentyabr 2017 06:24

XİN rəhbəri: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

23 Sentyabr 2017 05:43

Meksikada zəlzələ qurbanlarına yardım aparan vertolyot qəzaya uğrayıb

23 Sentyabr 2017 05:42

Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

23 Sentyabr 2017 05:22

Giləzi və Sitalçayda 1 147 ədəd partlamamış hərbi sursat tapılıb

23 Sentyabr 2017 04:52

Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub

23 Sentyabr 2017 04:47

Rusiyada ağır qəza: 9 ölü

23 Sentyabr 2017 04:43

Toy gecəsi gəlin öldü, bəy türməyə girdi

23 Sentyabr 2017 04:39

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb

23 Sentyabr 2017 03:02

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 02:58

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

23 Sentyabr 2017 02:52

Türkiyədə kənd muxtarı silahlı hücum nəticəsində öldürüldü

23 Sentyabr 2017 02:49

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38