Səhiyyə Nazirliyi: Azərbaycanda "donuz qripi" virusuna yoluxma halı aşkarlanmayıb

11:02 11 Yanvar 2016
40 Sosial
Ölkə mətbuatı
A- A+

Nazirlik rəsmisi deyib ki, bu günə qədər "donuz qripi" ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal olmayıb.
Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam stabildir və ciddi nəzarət altındadır: "Əhali arasında yoluxma halı və təhlükəli hal müşahidə olunmayıb".
Qeyd edək ki, Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev bir müddət əvvəl "Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalamışdı. Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, Respublikanın şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılmışdı.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/sehiyye-nazirliyi-azerbaycanda-donuz-qripi-virusuna-yoluxma-hali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR