Sumqayıt Dövlət Universitetinin tələbəsi özünü dənizə atıb. APA TV-nin məlumatına görə, intihar edən Rumiyyə Qasımova universitetin İbtidai metodika fakültəsinin birinci kurs tələbəsi olub.
İmtahandan çıxıb evə gedən Rumiyyə Qasımova atasının kəskin iradları ilə qarşılaşıb. Buna dözə bilməyən tələbə qız yaşadığı Saray qəsəbəsindəki evlərini tərk edib və elə o istiqamətdə də özünü dənizə atıb.
Rumiyyə Qasımova gedərkən bütün əşyalarını və telefonunu evdə qoyub. Faktla bağlı araşdırma aparılır.