Ən məşhur narkobaronun həbsinin təfərrüatları - FOTO

Ən məşhur narkobaronun həbsinin təfərrüatları - FOTO
13:27 11 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Meksikanın və dünyanın ən qəddar narkobaronu, çox güclü "Sinaloa" narkokartelinin rəhbəri, "El Çapo" ("Tösmərək") ləqəbi ilə tanınan Xoakin Qusman Loeranın təkrar həbsinin təfərrüatları bəlli olub.

Milli.Az El Mundo-ya istiinadən bildirir ki, "El Çapo" ötən ilin iyulun 11-də Mexikonun yaxınlığındakı həbsxanadan qaçmışdı. Narkobaronun qaçışı üçün 10 metr dərinlikdə 1,2 kilometr uzunluğu olan tunel qazılmışdı.

Tunel "El Çapo"nun kamerasındakı duş yerinə çıxırdı.

Dünyanın ən qüdrətli narkobaronu sayılan "El Çapo"nun adı 2012-ci ildə Forbes jurnalının milyarderlər siyahısına, bir il sonra isə "Ən nüfuzlu insanlar" reytnqinə düşmüşdü.

"El Çapo" iki dəfə tutulmuşdu. 1993-cü ildə Qvatemalada həbs olunmuş Xoakin Qusman 20 il həbs cəzası almış, 2001-ci ildə həbsxanada bütün nəzarətçiləri pulla satın alaraq qaçmışdı. 2014-cü ilin fevralında "El Çapo" Sakit Okean sahilindəki oteldə tutulmuşdu.

Sinaola ştatınlakı Los Moçis şəhərində yerləşən "Hotel & Suites Doux" otelində aşkarlananda yenə də kanalizasiya vasitəsilə aradan çıxmaq, sonra avtomobilə minərək qaçmaq istəyib.

Fəqət "El Çapo" tutulub və ötən ilin yayında qaçdığı həbsxanaya aparılıb.

Narkobaron tutularkən onun iki mühafizəçisi güllələnib.

Milli.Az


















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR