Bakıda maşın hamilə qadını vuraraq öldürdü

Bakıda maşın hamilə qadını vuraraq öldürdü
03:29 12 Yanvar 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda maşın hamilə qadını vuraraq öldürüb.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi raYonu ərazisində, Xocahəsən qəsəbəsində baş verib. Qəsəbə ərazisində yüksək sürətlə hərəkətdə olan “Volkswagen” markalı avtomobil yolu keçmək istəyən Həqiqət Məmmədovanı vurub.

 

Zərbənin təsirindən piyada avtomobilin ön şüşəsini qıraraq avtomobilə daxil olub. Hadisədən sonra sürücü piyadanı xəstəxanaya çatdırıb. Lakin çoxsaylı xəsarətlər alam hamilə Həqiqət Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə yerində polis əməkdaşları olublar. İlkin ehtimala görə, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub.

 

Sürücünün ifadəsi alınıb, avtomobil cərimə meydançasına yerləşdirilib.

 

Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR