Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutulub

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutulub
14:23 12 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 88 cinayət faktı qeydə alınıb. Onların 40-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 15 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 45 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cinayet_Mecellesinin_muxtelif_maddeleri_ile_axtarilan_15_nefer_tutulub-917722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR