Xalq artistinin türk əri Rusiyaya buraxılmadı (FOTO)

Xalq artistinin türk əri Rusiyaya buraxılmadı (FOTO)
01:56 13 Yanvar 2016
103 Şou
Ölkə mətbuatı
A- A+

Ukraynanın xalq artisti Ani Lorakın türk əri Rusiyaya buraxılmayıb.

ANS PRESS-in məlumatına görə, cütlük bayram günlərini ayrı keçirib. Buna səbəb isə Rusiyanın Türkiyəyə qarşı viza rejimi tətbiq etməsidir.

Yanvarın 1-dən etibarən müğənnin həyat yoldaşı Murad Nalçacıoğlundan Rusiyaya girişi üçün viza tələb olunub.

Bildirilir ki, Murad Yeni il tətili ilə bağlı Türkiyəyə gedib, viza məsələsini həll edə bilməyib. Cütlük viza məsələsi həll olanadək Rusiyadan kənar bir ölkədə görüşəcəklər.


Ani Lorak - müğənni

“Bayramlara görə biz Murada viza düzəldə bilmədik. Ona görə də o, gələ bilmədi. Lakin mən bunu çox istəyirdim. Yeni ili Avropada keçirdik. Sonra 1 həftə ayrı qaldıq. Bu sadəcə əlaqələrimizi daha da möhkəmləndirəcək. Tezliklə ABŞ-a gedəcəyik. Sonra Almaniyaya gedəcəyik. Murat həmişə mənim yanımda olacaq və kömək edəcək. Əlbəttə, hər bir qadın kimi mən də həyat yoldaşımın yanında özümü daha sakit hiss edirəm. O mənim dayağım və dəstəkçimdir".

Müğənni əslən ukraynalıdır. Rusiyada daha məşhurdur. İfaçının əsl adı Karolinadır. Ani Lorak ilə Murad Nalçacıoğlu 2009-ci ildə Türkiyədə dəbdəbəli toy edərək evləniblər.


Ani Lorak və Murad Nalçacıoğlu


Qriqoriy Leps və Ani Lorak - "Zerkala"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR