Antalyada hazırlıq keçən Azərbaycan klublarının yoxlama oyunları başlanır

Antalyada hazırlıq keçən Azərbaycan klublarının yoxlama oyunları başlanır
10:42 13 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan futbol klublarından ilk dəfə Bakı "İnter"i yoxlama oyununa çıxacaq. "Report"un məlumatına görə, rəqib Almaniyanın "Verder" klubunun U-23 komandası olacaq.
Görüş komandaların hazırlıq keçdiyi Bələk qəsəbəsində baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
"Bankirlər" Antalya toplanışında daha 3 qarşılaşma keçirəcək. "Verder"in əsas heyəti ilə görüş yanvarın 15-də baş tutacaq. Ayın 19-da "İnter" Çexiyanın "Slovan", bundan 4 gün sonra isə Qazaxıstanın "Atırau" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Antalyada "İnter"dən əlavə, "Qarabağ", "Qəbələ" və "Zirə" də təlim-məşq toplanışındadır. "Sumqayıt" isə sentyabrın 16-da qonşu ölkəyə yollanacaq. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR