"Report"un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, ötən il Bakı şəhər sakini Niyaməddin Hüseynov Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həbib Kəlbiyevdən 5 500 manat pul alıb. O, Ukraynada akademiyada oxuyan H.Kəlbiyevə onun təhsil haqqını ödəyəcəyini vəd edib. Lakin N.Hüseynov nazirlik əməkdaşının pulunun bir hissəsini - 2 min manatını geri qaytarsa da, qalanını qaytarmayıb.