Minik maşını "KamAZ"la toqquşdu, sürücünün vəziyyəti ağırdır

Minik maşını "KamAZ"la toqquşdu, sürücünün vəziyyəti ağırdır
13:42 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Rəncbər kəndi ərazisində, Bakı-Qazax yolunun 110-cu kilometrliyində 1999-cu il təvəllüdlü Şirvan sakini Feyzullayev Elnur Qəribağa oğlunun idarə etdiyi "VAZ 21014" markalı avtomobil Beyləqan sakini Süleymanov Ədalət Süleyman oğlunun idarə etdiyi "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə E. Feyzullayev sol baldırın sınıqları, kəllə travması ilə travmatik şok vəziyyətində Şirvan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı BDYPİ-də araşdırma aparılır. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR