Azərbaycanda dərman qiymətləri yenə tənzimlənəcək

Azərbaycanda dərman qiymətləri yenə tənzimlənəcək
15:09 13 Yanvar 2016
56 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

“Tarif (qiymət) Şurasında indiyə qədər elan edilmiş təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu davam etdirilir”.

 

Bunu APA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

 

O bildirib ki, sənəd qəbulu başa çatdıqdan sonra yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbuluna başlanılacaq.

 

Şöbə müdiri əlavə edib ki, hazırda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinə hazırlıq işləri aparılır. A. Əliyev qeyd edib ki, yaxın vaxtlarda növbəti dərman vasitələrinin qiymətləri tənzimlənəcək.

 

Qeyd edək ki, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilib. Bunlardan 3661 dərman vasitəsinin qiymətləri qüvvədədir, qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral tarixindən qüvvəyə minəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR