Türkiyənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri artırılacaq

Türkiyənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri artırılacaq
01:27 14 Yanvar 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin 81 vilayətinin rəhbərliyinə təhlükəsizlik tədbirlərinin artırılmasına dair xəbərdarlıq edilib.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyində hazırlanan xəbərdarlıq məktubunda qeyd olunur ki, 2015-ci ilin ikinci yarısında Türkiyə ərazisində terror aktlarının sayı sürətlə artıb.
"Terrorçular fəaliyyətlərini əsasən ölkənin cənub-şərqində cəmləşdiriblər. Lakin İstanbulda törədilən son partlayış onu deməyə əsas verir ki, artıq cinayətkarlar partlayıcı qurğulardan istifadə edərək istənilən yerdə qanlı hadisə törədə bilər", - deyə məktubda vurğulanıb.
Bildirilir ki, polis əməkdaşlarını yanıldmaq üçün terrorçular müxtəlif üsullara əl atırlar.  

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyenin-butun-vilayetlerinde-tehlukesizlik-tedbirleri-artirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR