Aeroprotda maşın təyyarəyə çırpıldı (VİDEO, FOTO)

Aeroprotda maşın təyyarəyə çırpıldı (VİDEO, FOTO)
01:36 14 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Moskvanin Şeremetyevo aeroportunun dayanacağında aviaqəza baş verib.

ANS PRESS-in məlumatına görə, qar yığınlarının təmizləməsi zamanı qaryığan maşının sürücüsü idarə etməni itirərək təyyarəyə çırpılıb.

Qəza nəticəsində təyyarə ilə yanaşı "Aeromar" şirkətinin avtomobili ciddi zədələr alıb. Toqquşma nəticəsində "Aeroflot"un Airbus A321 laynerinin füzelyajı zərər çəkib. Təyyarə Moskva - Sankt-Peterburq reysini yerinə yetirməyə hazırlaşmış. Hadisə vaxtı xəsarət alan olmayıb.



Aviaşirkət təyyarəni digəri ilə əvəz etməli olub. Qəza səbəbindən uçuş 40 dəqiqə ləngiyib. Ekspertlər "Aerobus"a dəyən zədələrin qiymətləndirilməsini aparır. Zərərçəkən Airbus A321 layneri uçuşlardan kənarlaşdırılıb.



İlkin məlumatlara görə, toqquşmada Şeremetyevo aeroportuna aid olan qartəmizləyən maşının sürücüsü günahkardır.

Buna oxşar hadisə keçən il də Moskvanın Şeremetyevo-3 aeroportunda baş verib. Həmin vaxt iki Aerobus- A320 və A319 qanadları bir-birinə dəymişdi.Kalininqraddan gələn A320 təyyarəsinin salonunda 147 nəfər və 6 ekipaj üzvü olub.

Toqquşma zamanı təyyarə dayanacağa yan alırmış. Digər təyyarədə sərnişin olmayıb. Hər iki aerobusun qanadlarında plastik müqavimət sipərləri zərər çəkib, təyyarələr dayanacağa göndərilib. Hər iki təyyarənin planlaşdırılmış uçuşları ləğv edilib.


Hadisə baş verən ərazi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR