Kokain daşıyan təyyarə qəzaya düşdü

Kokain daşıyan təyyarə qəzaya düşdü
02:34 14 Yanvar 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Nikaraquanın Tonala bölgəsində  göyərtəsində 90 kiloqrama yaxın kokain olan yüngül motorlu təyyarə qəzaya uğrayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

 

Təyyarənin Kosta-Rikanın San-Xose şəhərindən havaya qalxdığı bəlli olub. Hadisə yerində çəkisi 90 kiloqrama yaxın 83 paket kokain aşkarlanıb.

 

İlkin məlumata əsasən, təyyarədə olan 2 nəfər hadisə yerindən qaçıblar. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR