Di Kaprio 100 min dollara gitara aldı (FOTO)

Di Kaprio 100 min dollara gitara aldı (FOTO)
13:13 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor Leonardo Di Kaprio 100 min dollara gitara aldı.

ANS PRESS-in məlumatına görə, ulduz aktyor xeyriyyə hərracında iştirak edib.

Aktyor U2 qrupunun üzvü Bononun gitarası üçün 100 min dollar (156 min 820 manat) ödəyib.

Naməlum alıcı DiKaprio və aktyor Şon Penn ilə nahar etmək imkanına da qazanıb. Hətta o, Leonardonun Palm Sprinqsdəki evində 5 gün qalacaq.

Hər il Şon Penn tərəfindən təşkil olunan xeyriyyə hərracında Madonnanın gitarası 300 min dollara satılıb.

Hərracda təxminən 7 milyon dollar yığılıb. Pul 2010-cu ildə zəlzələdən zərər çəkmiş Haiti sakinlərinə yardım üçün sərf olunacaq.


Bono - rok ifaçı

Bir müddət əvvəl, ABŞ-ın Los-Anceles şəhərində 73-cü "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimi keçirilib.

Leonardo Di Kaprionun rol aldığı “Sağ qalan” “İlin ən yaxşı dramatik” filmi seçilib. Di Kaprio isə 3-cü dəfə “ilin ən yaxşı dramatik aktyoru” nominasiyasında mükafata layiq görülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR