Qaxda ailəvi istirahət mərkəzlərindən birində yanğın başlayıb

Qaxda ailəvi istirahət mərkəzlərindən birində yanğın başlayıb
15:32 14 Yanvar 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunda istirahət mərkəzində yanğın başlayıb.

"Report"un məlumatına görə, hadisə rayonun İlisu kəndi ərazisində yerləşən "Eden" ailəvi istirahət mərkəzində baş verib. Qax Yanğından Mühafizə Xidmətindən (YMX)  "Report"a bildirilib ki, istirahət mərkəzində yanğın başlayıb və yanğınsöndürən maşınlar hadisə yerinə cəlb olunub: "Hazırda Qax YMX-nın canlı qüvvəsi və yanğınsöndürən maşınları yanğının qarşısını almağa çalışır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR