Rusiya XİN: Bunu ABŞ-dan deyil, Azərbaycan və Ermənistandan soruşmaq lazımdır

Rusiya XİN: Bunu ABŞ-dan deyil, Azərbaycan və Ermənistandan soruşmaq lazımdır
18:27 14 Yanvar 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiyanın ATƏT-in Minsk qrupundakı rolu barədə ABŞ-dan deyil, Azərbaycan və Ermənistandan soruşmaq lazımdır".

Milli.Az bildirir ki, APA-nın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Bir sıra amerikalı siyasətçilərin, xüsusən də Hillari Klintonun Qarabağ danışıqlarında Rusiyanı sıxışdırmaqla, ABŞ-ın təşəbbüsü ələ almasının vacibliyi ilə bağlı fikirlərinə toxunan M. Zaxarova bunları deyib:

"Amerikalı siyasətçilərin dedikləri, düşündükləri vacib deyil. Bizim tərəfimizdən belə hal müşahidə olunmur".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR