Barak Obama xanımının prezident seçkilərində iştirak etməyəcəyini deyib

Barak Obama xanımının prezident seçkilərində iştirak etməyəcəyini deyib
02:23 15 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
ABŞ-ın birinci xanımı Mişel Obama prezident seçkilərində iştirak etməyəcək.
Bu barədə Luiziana ştatında əhali ilə görüşən ABŞ Prezidenti Barak Obama deyib. Sakinlərdən biri ondan birinci xanımın dövlət başçısı seçkilərində iştirak edib etməyəcəyini soruşub. B.Obama isə sualdan sonra yaranan alqışları qəti “Yox” kəlməsi ilə kəsərək bildirib: “İcazə verin bir məsələni deyim. Bu həyatda sarsılmaz üç şey var: ölüm, vergilər və bir də Mişel Obamanın prezidentliyə namizədliyini verməməsi. Bunu sizə dəqiq deyə bilərəm”.
Prezident qeyd edib ki, bu illər ərzində onun xanımı uşaqlarda piylənməyə qarşı mübarizə, hərbçilərin ailələrinə kömək məsələsində çox işlər görüb. “Mən onunla fəxr edirəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Mişel Obama da bir müddət əvvəl siyasətə qoşulmayacağını bildirmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR