"Barselona"nın uğurlu oyunlar seriyası davam edir.
ANS PRESS-in məlumatına görə, "Kral Kuboku"nda "Espanyol"u yenərək 1/4 finala çıxan Kataloniya klubu artıq 21 oyundur uduzmur.
Sonuncu məğlubiyyətini La Liqanın VII turunda "Sevilya"ya yenilən Luis Enrikenin yetirmələri bundan sonra meydana çıxdığı 21 rəsmi matçda 16 qələbə qazanıb və 5 heç-heçə edib.
Ispaniya Kral Kubokunun 1/8 final mərhələsinin cavab matçında "Espanyol"un qonağı olan "Barselona" ilk matçda olduğu kimi, rəqibinə yenə qalib gəlib - 2:0.
http://my.mail.ru/bk/netesov1978/video/_myvideo/202.html
Qarşılaşmanın videoicmalı