"Arıqlayıb 49 kiloqram oldum" - Aynişan

"Arıqlayıb 49 kiloqram oldum" -  Aynişan
11:49 15 Yanvar 2016
144 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva arıqlayaraq 49 kiloqram olub.

Axşam.az-ın məlumatına görə, ifaçı xanımlara pərhizlə bağlı məsləhətlər verib:

“Özümün özümə qurduğum sağlam qidalanma və idman vasitəsiylə 5 kiloqram arıqlayıb, 49 kiloqrama düşdüm. Hər insanın özünə görə kilosu var və o çəkidə özünü rahat hiss edir. Gündə 1 dəfə yeməklə heç kim sağlam arıqlaya bilməz. Müvəqqəti çəkinin azalması sizi aldatmasın. Metabalızm zəifləyir, bütün yedikləriniz yağa çevrilir, bədəninizdə toplanır. Gündə ən az 3, maksimum 5 dəfə yeməlisiniz. Yedikləriniz az və kalorisi aşağı olmalıdır. Yediyiniz hər bir məhsulu sadəcə doymaq üçün deyil, orqanizminizə xeyrini də düşünün. Faydalı yeməklər yeyin. Heç vaxt ac yatmayın. Əgər acsınızsa, yüngül nəsə yeyin. Çünki bədənin səhərə qədər çalışması üçün enerjiyə ehtiyacı var. Amma ən yaxşısı çalışın ki, vaxtında yeyəsiniz, gecə acmayasınız”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR