Müğənni Gülben Ergen İnstagramda paylaşdığı bir foto ilə izləyicilərini çaşdırıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "nəyə baxdığımı, sevincimin səbəbini demərəm, deyə bilmərəm" yazıb.

Bu açıqlamadan sonra izləyicilər müğənninin hamilə olmasını düşünüblər. Bir müddət əvvəl bu barədə gəzən söz-söhbətlər və Gülbenin yenə ana olmaq istəyini dilə gətirməsi foto ilə üst-üstə düşüb.

O, paylaşımın altında yazılan "yəqin ki, növbəti uşaq gəlir" açıqlamalarına cavab verməyib.

Gülben Ergenin bu fotosu söz-söhbətə səbəb oldu: "Hamilədir..."