[ 11 Fevral 2015 19:55 ]


Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, “Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” 2014-cü il 23 sentyabr tarixli sərəncamın tətbiqi ilə əlaqədar FHN Akademiyasının Nizamnaməsində aşağıdakı dəyişikliklər edilib:


9.5-ci bənd üzrə:

1.1. “və həqiqi hərbi xidmətdə hesab edilirlər” sözləri çıxarılıb;

1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Kursantlar həqiqi hərbi xidmətdə hesab edilirlər”.

2. 9.6-cı bənddən “(müdavimlər)” və “və ya xüsusi” sözləri çıxarılıb.

3. 9.16-cı bənddə “və ya” sözləri “müdavim olmuş məzunlara isə həmçinin” sözləri ilə əvəz edilib.